2 Dekabr 2020 21:12
2 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı NATO zirvəsində Türkiyəni hədəf alan ABŞ Dövlət katibinə sərt cavab verib.

Teleqraf.com xəbər verir ki, Pompeo Türkiyəni Aralıq dənizinin şərqi, Liviya, Suriya və Dağlıq Qarabağda (Azərbaycan) təxribatçı addımlar atmaqda ittiham edib.

Dövlət katibi Türkiyənin NATO-nun prinsiplərindən kənar hərəkət etdiyini, ittifaqı zədələdiyini deyib.

O, Türkiyənin Rusiyadan “S-400” sistemləri almaqla, NATO-nun prinsiplərinə zidd hərəkət etdiyini bildirib.

Gündəlikdən kənar danışan Pompeonun yersiz ittihamlarına Türkiyənin baş diplomatı Mövlud Çavuşoğlunun cavabı sərt olub:

“Avropalı müttəfiqlərinə telefonla zəng edib Türkiyəyə qarşı cəbhə yaradırlar, regional qarşıdurmada kortəbii şəkildə Yunanıstanı dəstəkləyirlər, Türkiyəyə “Patriot” sistemləri satmaq istəmirlər”.

Çavuşoğlu, ayrıca, Türkiyənin İŞİD-lə döyüşdüyü bir vaxtda ABŞ-ın Suriyadakı terrorçuları dəstəklədiyini bildirib. Eyni zamanda, ABŞ-ın Fransa ilə birlikdə Dağlıq Qarabağda Ermənistana dəstək verərək, münaqişəni alovlandırdığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər