4 Dekabr 2020 01:16
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 müxalifət partiyasının sıraları bu gün yenilənib, Vətənin Qurtuluş Şurası yaradılıb və Vazgen Manukyanın Baş nazir vəzifəsinə namizəd göstərilməsi barədə qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, general Artur Vanetsyan jurnalistlərə bildirib.

“Vazgen Manukyanın təcrübəsi var və şərəfli bir yol keçib, ona görə də onun namizədliyini verməyə qərar verdik. Baş nazir seçilsə, Vazgen Manukyan partiyasındakı fəaliyyətini dayandıracaq, partiyasız baş nazir olacaq. O, heç bir qüvvəyə dəstək verməyəcəyi erkən parlament seçkiləri keçirməyi öz öhdəsinə götürür”, - Vanetsyan qeyd edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi “Vətən” Partiyası erkən parlament seçkilərində mütləq iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər