Moskvada böyüklər üçün poliklinikaların bazasında koronavirus infeksiyasına qarşı vaksinasiya kabinetləri işə başlayıb.
Teleqraf.com xəbər verir ki, hələlik bu cür kabinetlərin sayı cəmi 70-dir.
Peyvəndləmənin hər gün saat 08:00-dan 20:00-dək aparılacağı bildirilib. Peyvəndləmə üçün iki həftə əvvəldən yazılmaq lazımdır.
Qeyd olunur ki, hələlik yalnız risk qrupuna daxil olan insanlar – təhsil, səhiyyə və şəhər üzrə sosial xidmətlərin işçiləri peyvənd olunurlar.