20 Oktyabr 2014 16:06
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorla mübarizə üçün Rusiya Suriya ilə İraqa silah göndərəcək.

Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, bu addım ölkələrin döyüş qabiliyyətini artıracaq.

Lavrov “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübariznənin yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə gerçəkləşə biləcəyini deyib: “Çoxları daha əvvəl İŞİD təhdidinə qarşı göz yumub. Çünki İŞİD-i Bəşər Əsədi devirmək üçün istifadə etmək istəyirdilər. Ancaq bu qrupun məqsədi orada bir xilafət quraraq İslam dünyasında nəzarəti ələ almaqdır. Burada əsas çətinliyi həqiqi müsəlmanlar çəkir. Rusiya ABŞ tərəfindən yürüdülən İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirak etmir. Çünki terrorla mübarizə səylərində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmaq lazımdır. Dəməşqin razılığı olmadan Suriyada İŞİD hədəflərinə hücum etmək hüquqa ziddir”.

Lavrov ABŞ-Rusiya münasibətlərinə toxunub. O münasibətlərdəki gərginliyin tezliklə sona çatmasını gözləmədiklərini deyib: “Mövcud vəziyyət uzun sürə bilər. Ancaq bu prosesi soyuq müharibə kimi qiymətləndirmək səhv olar”.


Samir


Müəllif:

Oxşar xəbərlər