Rusiyada sutka ərzində koronavirusa yoluxma hallarının sayı 29 039 nəfər artıb, bu da pandemiya başlayandan bəri yeni maksimum göstərici olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə yeni infeksiya ilə mübarizə üzrə federal operatıv qərargahı bildirib. Bundan əvvəl ən yüksək göstərici dekabrın 5-də qeydə alınıb - 28 782 yoluxma halı.
Məlumata əsasən, ümumilikdə Rusiyada 2 460 770 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə 1 937 738 müalicə alır, 1 937 738 nəfəri isə sağalıb. Koronavirusa yoluxan 43 141 xəstə vəfat edib.