21 Oktyabr 2014 04:07
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı politoloq Zbiqnev Bjezinski Ukraynada baş verən son hadisələri təhlil edərkən bu ölkənin müstəqilliyinin 20 ilinin hədər yerə xərcləndiyini bildirib. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, polyak əsilli amerikalı politoloq indi bununla bağlı hesab sormanın zamanı olmadığını, əsas hədəflərin gələcəyə yönəlməli olduğunu söyləyib.

O, qeyd edib ki, hazırda baş verənlərə görə, səbəbkar və ya günahkar axtarmaq yersizdir: “Düşünmürəm ki, mənim bu müstəqilliyin hədər yerə xərclənməsinin kimə görə olduğunu deməyə ehtiyac var".

Bjezinskinin fikrincə, vacib olan hadisələrdən düzgün nəticə çıxamaq və adekvat addımlar atmaqdır: "İndi bu çağırış hamı üçündür. İndi elə etmək lazımdır ki, növbəti onillik daha yaxşı olsun. Əgər sual bundadırsa, o zaman mən Ukraynanın gələcəyi ilə bağlı çox ümidliyəm”.

"Mən Ukraynanın gələcəyi ilə bağlı nikbinəm” - deyə, tanınmış politoloq vurğulayıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər