21 Oktyabr 2014 09:53
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyə baş naziri Əhməd Davudoğlu kürd probelmini həll etmək üçün yaradılmış Aqil İnsanlar Heyəti ilə görüş keçirib.

ANS PRESS-in məlumatına görə, ötən gün Dolmaabxçada keçirilən 10 saatlıq iclasdan bəzi pərdəarxası danışıqlar ortaya çıxıb.

Aqil İnsanların “kürdlərə qarşı nifrət dili” xəbərdarlıqlarına baş nazir bu cür cavab verib: “Kürdlərə qarşı nifrət dolu sözlər işlətdiyimi isbat edin, elə buradaca istefa verərəm. Bizdən biri nifrət dili istifadə edibsə, kim olmasından aslı olmayaraq onu vəzifəsindən uzaqlaşdırram.”

Türkiyə baş naziri çıxışları zamanı hökumətin birləşdirici funksiya daşıdığını da vurğulayıb.

İclasa 63 Aqil İnsan dəvət edilsə də onların arasında bəziləri istefalarını açıqlayaraq iştirakdan imtina ediblər.


Müəllif:

Oxşar xəbərlər