21 Dekabr 2020 14:05
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oqtay təzyiqinin aşağı düşməsi səbəbindən narahatlıq yaşayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə haber7.com saytı məlumat yayıb.

Bu gün Türkiyə Prezident Administrasiyasının Konqres Mərkəzində Kiber Təhlükəsizlik Həftəsinin (21-25 dekabr) açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edərkən vitse-prezidentin halı pisləşib. Fuad Oqtayın özünü pis hiss etməsindən sonra tribuna qapadılıb və vəziyyətinin yaxşı olduğu elan edilib.

Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar vitse-prezidentin vəziyyəti ilə əlaqədar ilk açıqlama verib: “Təzyiqin düşməsi səbəbindən kiçik bir problem yaşandı, amma yoluna qoyuldu. Vitse-prezidentin sağlıq problemi yoxdur. Mükafatlandırma mərasiminə də özü qatılacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər