21 Dekabr 2020 17:34
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya koronavirusla bağlı vəziyyətə görə Böyük Britaniyaya uçuşları dayandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hökuməti yanında Operativ Qərargah məlumat yayıb.

“Məhdudiyyət 22 dekabr 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minir və bir həftə ərzində qüvvədə olacaq”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Böyük Britaniyada yeni koronavirusun yaranması ilə bağlı vəziyyət Operativ Qərargah tərəfindən diqqətlə öyrənilir. Onun nəticələrinə əsasən əlavə qərarlar veriləcək.

Bundan əvvəl “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Böyük Britaniyada təsbit edilən koronavirus mutasiyasının gözlənildiyini açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər