23 Dekabr 2020 19:03
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ölkə konstitusiyasına əlavə və dəyişikliklərin vacib olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, prezident son 31 il ərzində İran konstitusiyasında heç bir dəyişiklik edilmədiyini, indi bunun zamanın tələbi olduğunu deyib.

Həsən Ruhani nəzərə çatdırıb ki, konstitusiyada çoxpartiyalı sistem əks olunmayıb. İnsanlar seçki zamanı yalnız ayrı-ayrı namizədlərə səs verirlər. Lakin onların siyasi ideologiyanın daşıyıcısı olan siyasi partiyalara səs vermək imkanları məhduddur.

Qeyd edək ki, İran parlamentində keçmiş yüksək rütbəli hərbçilərin prezident seçkilərində namizəd kimi iştirak etmələrinin qadağan edilməsinə dair qanun layihəsi müzakirələrdən sonra qəbul olunmayıb. Gələn ilin iyununda İranda keçiriləcək prezident seçkilərində istefada olan yüksək rütbəli generallar da iştirak edə biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər