22 Oktyabr 2014 00:34
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviçin qiyabi məhkəməsi keçiriləcək. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko bununla bağlı müvafiq qanun layihəsini imzalayıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna lideri özünün Twitter səhifəsində yazıb.

“Yanukoviç barəsində qiyabi məhkəmənin keçirilməsini mümkün edən qanun imzaladım”, məlumatda deyilir.

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb.


Müəllif:

Oxşar xəbərlər