30 Dekabr 2020 15:01
2 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Milli Yazıçılar Birliyi (NSPU) BMT-də və digər beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmış ölkələrin yazıçılarının əsərlərini çap etməyəcək.

Teleqraf.com xəbər verir ki, birliyin təqdim etdiyi siyahıya Rusiya, Belarus, Venesuela, Ermənistan, Zimbabve, İran, Kamboca, Qırğızıstan, Çin, Şimali Koreya, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudan daxildir.

Məlumatda qeyd edilib ki, klassiklərin əsərləri və bu ölkələrin çağdaş yazıçılarının Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən yazıları istisna ola bilər.

Bundan əlavə, Yazıçılar Birliyi üzvlərindən siyahıdakı ölkələrin təmsilçilərinin ədəbi və bədii tədbirlərində iştirak etməmələrini tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər