Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər mövcud siyasi vəziyyət və xarici siyasət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Liderlər bir-birini Yeni il münasibətilə təbrik edib.