Türkiyənin Van vilayətində jandarma qüvvələrinə təslim olan PKK-çı qadın terror təşkilatının böyük parçalanma yaşadığını və terrorçuların qaçmaq üçün fürsət axtardıqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, 2012-ci ildə Vanın Gürpınar qəsəbəsində terror təşkilatına qoşulan qadın terrorçu türk jadarmasına təslim olub.
Təşkilata üzv olmaqdan peşman olduğunu dilə gətirən terrorçu vurğulayıb:
“Çox çətin şərtlərdə yaşayırdıq. Böyük çətinliklərlə üzləşmişdik. Bu səbəbdən təşkilatda dağılma başladı və davam edir. Təşkilatın bir çox üzvü qaçmaq üçün fürsət axtarır. Təşkilat üzvlərinə səslənmək istəyirəm: təslim olun”.