2 Yanvar 2021 08:30
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Viskonsin əyalətindəki xəstəxanadan birində bir əczaçı 500 dozadan çox COVID-19 peyvəndini soyuducudan çıxararaq təsirsiz hala gətirib.

Teleqraf.com xəbər verir ki, bu səhlənkarlığa görə işdən azad edilən əczaçı təxribatda ittiham olunur.

Peyvəndlərin yararlı olduğunu düşünən səhiyyə işçiləri bu dozalarla 57 nəfərə peyvənd vurublar. Yalnız vaksinasiyadan sonra peyvəndlərin uzun müddət soyuducudan kənarda qaldığı məlum olub.

Təsirini itirmiş vaksinlərlə peyvənd olunan insanlara yenidən vaksin vurulacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər