ABŞ-ın Federal Apellyasiya Məhkəməsi aşağı instansiyalı hakimin son 70 il ərzində ilk dəfə bir qadının edam cəzasının icra edilməsinin təxirə salınmasına dair qərarının səhv olduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məhkum Liza Montqomeri 2004-cü ildə bir hamilə qadının xüsusi amansızlıqla qətlə yetirilməsində təqsirli bilinir. Bundan əvvəl hökmün dekabrın 8-də İndianada ölümcül inyeksiya ilə icra ediləcəyi planlaşdırılırdı.
Hökmün təxirə salınmasının səbəbi onun vəkillərinin koronavirusa yoluxması və cəzanın yüngülləşdirilməsinə dair vəsatət hazırlamaq üçün vaxt istəməsi olub. Bu zaman dairə məhkəməsi icranı 12 yanvar tarixinədək təxirə salıb, lakin indi bu qərar ləğv edilib və icra daha əvvəl həyata keçirilə bilər.