Türk hüquq-mühafizə orqanları Gabar dağı bölgəsində beş terrorçunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu bildirib.
“2021-ci ildə qəhramanlarmız Gabar dağından ilk xəbər verdi. Mağarada 5 terrorist daxili qoşunlarımızın əsgərləri tərəfindən zərərsizləşdirlib. Allah övladlarımızı qorusun”, - nazir Tvitter hesabında qeyd edib.