4 Yanvar 2021 09:59
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada tətbiq olunan karantin rejiminin əleyhinə aksiya keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları karantin rejiminin dayandırılmasını, iş yerlərinin açılmasını tələb ediblər.

Yüzlərlə etirazçının iştirakı ilə Hayd park ərazisində keçirilən mitinqdə polislə aksiyaçılar arasında qarşıdurma yaşanıb. Nəticədə aksiyaçılardan 17 nəfər həbs edilib.

Polis çağırış edərək virusun yayılmasının qarşısını almaq üçün toplaşmamağı məsləhət görüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər