Nigerdə terroçular tərəfindən 100 nəfərin qətlə yetirilməsinə görə üç günlük matəm elan edilib.
Teleqraf.com xəbər verir ki, Nigerdə "Boko Haram" terror qruplaşmasına aid onlarla cihadçı Zarumdareye və Çombanqou kəndlərinə silahlı hücumlar təşkil ediblər.
Hücumlar nəticəsində 100 nəfər dinc sakin qətlə yetirilib, 25 nəfər yaralanıb.
Qeyd edək ki, kəndlərin yerləşdiyi Tillaberi bölgəsi 2017-ci ildən etibarən Malidə yerləşən terror təşkilatlarının hücumuna məruz qalır.
Bununla əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib.