7 Yanvar 2021 01:16
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiə naziri Andrey Taran Silahlı Qüvvələrdə hərbi rütbələrin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı əmr imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.

Xatırladaq ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər