İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində gizli yeraltı raket bazası qurduqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, general Hüseyn Səlami bu yeraltı bazanın dəniz donanmasına məxus strateji raketlərin yerləşdiyi bir çox bazadan yalnız biri olduğunu deyib.
General yüz kilometrlərlə mədafəyə çatan bu raketlərin hədəfi dəqiq vurmaq və düşmənin elektron müdafiə mexanizmlərini məhv etməyi bacardığını bildirib.
Qeyd edək ki, ötən il İnqilab Keşikçiləri Korpusu İranın körfəz xətti boyunca inşa etdiyi yeraltı raket şəhərlərinin düşmənin kabusu olacağını açıqlamışdı.