9 Yanvar 2021 18:44
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnoloji konsernlər dünyanın ən güclü dövlətinin birinci adamının səlahiyyətlərinə qəsd edib, bu, çox təhlükəli tendensiyadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert ABŞ Prezidenti Donald Trampın Tvitter hesabının birdəfəlik bloklanmasına münasibət bildirib:

“ABŞ-ın legitim prezidentinin sosial şəbəkə hesabları bəzi sosial platformalarda iki həftəlik, bəzilərində birdəfəlik bağlanıb. Təhlükəsizlik, güc qurumlarının təqdimatı, məhkəmə qərarı olmadan, impiçment edilməmiş ABŞ prezidentinin ifadə azadlığı texnoloji konsernlər tərəfindən əlindən alınıb.

Texnoloji konsernlər dünyanın ən güclü dövlətinin birinci adamının səlahiyyətlərinə qəsd edib. Çox təhlükəli tendensiyadır.

Çoxmilyardlıq büdcələrə malik korporasiyaların ənənəvi ictimai-siyasi quruluşa qarşı çıxması, rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlərin ənənəvi siyasi-ictimai quruluşları sıradan çıxarması və bunun yekun məntiqi sonluğu kimi, idarəçiliyin dövlətlərin nəzarərtindən çıxıb korporasiyaların nəzarətinə keçməsini şərtləndirir. Biz artıq bunun ilkin fazasını müşahidə edirik".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər