Əfqanistanın paytaxtı Kabil şəhərində partlayış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Xalqın Qoruma Başçılığının sözçüsü Ziya Vadanın avtomobilinə qoyulan bomba partlayıb.
Tarık Aryen bildirib ki, hadisə zamanı Vadan və 2 yoldaşı ölüb, 1 nəfər yaralanıb.
O, hadisənin baş verməsində “Taliban”ı günahlandırıb.