Krımdakı Ukrayna prezidentinə məxsus olan malikanə Vladimir Putinə verilib.
Teleqraf.com Unian.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin İşlərinin İdarəsinin Mətbuat katibi Viktor Xrekov çıxış edib.
O, bu malikanənin xarici nümayəndələrin qəbulu və tədbirlərin keçirilməsi üçün istifadə ediləcəyini bildirib.