Kanadanın paytaxtında atışma zamanı xəsarət alan üç nəfər xəstəxanadan evə buraxılıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən məlumatına görə, Ottava xəstəxanası bildirib ki, şəhərdə atışmadan sonra həkimlər dörd nəfəri xəstəxanaya yerləşdiriblər, onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, üç nəfərin vəziyyəti sabit kimi qiymətləndirilib.
"Biz təsdiq edə bilərik ki, bu hadisə ilə əlaqəli olan hər üç xəstə evə buraxılıb. Biz onların tezliklə sağalmasını arzulayırıq", - Ottava xəstəxanasından daxil olan məlumatda deyilir.
Bundan öncə xəbər verildiyi kimi, Ottavada atışma zamanı yaralanan şəxslərdən biri xəstəxanadan evə buraxılıb. Onun adı bildirilməyib.