18 Yanvar 2021 13:07
2 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni vitse-prezidenti Kamala Harrisin milli təhlükəsizlik müşaviri, diplomat Nensi Makeldauni olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasi ekspert Yeganə Hacıyeva məlumat verib.

“ABŞ-ın yeni vitse-prezidenti Kamala Harrisin milli təhlükəsizlik müşaviri, diplomat Nensi Makeldauni olacaq. Nensi Makeldauni ABŞ-ın Bakıdakı səfirinin müavini və Türkiyədəki Birləşmiş Ştatlar missiyasının rəhbərinin müavini olub. Nensi bir neçə dildə, o cümlədən Azərbaycan və türk dillərində danışır”, - ekspert qeyd edib.

Əlavə edək ki, Nensi Makeldauni 2008-2009-cu illərdə ABŞ-ın Bolqarıstandakı səfiri, eyni zamanda 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki və 2001-2004-cü illərdə isə Azərbaycandakı səfirinin müavini vəzifələrini icra edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər