Kiprdən Livana uçan yüngültutumlu təyyarənin qalıqları tapılıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Livan daxili işlər naziri Nuhada Maçhuka açıqlama verib. Onun sözlərinə görə, təyyarə Livan sahillərindən 100 kilometr aralıda aşkar edilib.
Maçhuka axtarış-xilasetmə əməliyyatlarının BMT Müvəqqəti xilasetmə qüvvələri tərəfindən aparılıb. Təyyarənin göyərtəsində 2 Kipr və 1 Livan vətəndaşı olub. Nazir onların taleyinin naməlum olduğunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 22-də saat 19:05 radələrində Pafosdan Beyruta uçan təyyarə ilə qəflətən əlaqə kəsilib. Mütəxəssislər son əlaqə zamanı pilotun Livanla 41 kilometr məsafədə olması ilə məlumatı verdiyini bildirirlər.
Samir