22 Yanvar 2021 23:43
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada son sutka ərzində 40 261 nəfər koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 583 907 nəfərdir.

Son sutka ərzində 1401 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 95 981 nəfərə çatıb.


Müəllif: Teleqraf.com