23 Yanvar 2021 19:17
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada keçirilən aksiyalarla bağlı bəyanatına münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, bəyanatda qeyd olunur ki, ABŞ daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır.

“ABŞ səfirliyi yanvarın 6-da Vaşinqtonda keçirilən nümayişlərə və Kapitoliyə basqın zamanı heç bir reaksiya verməyib, həmçinin baş verən qətl və həbsləri qınamayıb. İkiüzlülük COVID-19 epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizə baxın və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər