31 Yanvar 2021 15:24
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemi Liviyadan ABŞ-ın Almaniyadakı hava bazasına aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, ötən il ABŞ tərəfindən ələ keçirilmiş Rusiyanın “Pantsir-S1” sistemi gizli bir tapşırıq üçün Almaniyadakı Amerika hava bazasına göndərilib. Missiya çərçivəsində ABŞ Hava Qüvvələrinə məxsus “C-17 Globemaster” yük təyyarəsinin 2020-ci ilin iyun ayında Tripolinin qərbindəki Zuvara hava limanına endiyi bildirilib.

Qiyamçı Haftar qüvvələrinin nəzarətində olan Vətiyə Hava Bazasında ələ keçirilmiş “Pantsir-S1”-in Almaniyadakı Ramşteyn bazasına aparıldığı iddia edilib.

Məlumata görə, Ramşteynə gətirildikdən sonra “Pantsir-S1”-in taleyinin necə olduğu məlum deyil.

Bir Rusiya rəsmisi nəşrə Moskvanın ABŞ-ın “Pantsir-S1” hava müdafiə sistemini ələ keçirməsindən xəbərdar olduğunu bildirib. Bununla birlikdə, ələ keçirilmiş sistemlə bağlı kəşfiyyat məlumatlarının az olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər