ABŞ prezidenti Barak Obama üzr istəməli və istefa verməlidir.
Teleqraf.com ria-ru-ya istinadən xəbər verir ki, bunu dünyaca məhşur amerikalı milyarder Donald Tramp deyib. Onun sözlərinə görə, Obama Ebol dəhşətinin ABŞ ərazisinə yayılmasının əsas səbəbkarıdır: “Qərbi Afrikadan Nyu-yorka gələn 33 yaşlı Spenser Kreyqedə Ebola virusu aşkar olunub. Bundan sonra o Qvineyaya qaytarıldır. Bu məsələdə əsas günahkar Obamadır. Mən dəfərlərlə qeyd etmişəm ki, Qərbi Afrikadan ABŞ-a olan bütün uçuşlar dayandırılmalıdır. Bu addımın atılmaması Ebolaya qarşı tam səriştəsizlikdir”.
O Obamanı keçmiş ABŞ prezidenti Cimmi Karterlə müqayisə edib: “Obama ABŞ tarixində ən pis prezident kimi tanınan Karterdən daha da pisdir”.
Samir