Türkiyə müdafiə nazirinin müavini Möhsün Dərə Qazaxıstanın paytaxtı Nur Sultana iki günlük işgüzar səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
Məlumata görə, Qazaxıstan tərəfi Türkiyədən alınan pilotsuz uçan aparatların (PUA) bu ölkəyə göndərilməsi və digər hərbi məsələləri məsləhətləşib.
Qazaxıstan tərəfi Türkiyə istehsalı olan zirehli tanklar barədə məlumat istəyib.