ABŞ Xarici işlər naziri Con Kerri İŞİD terror təşkilatı döyüşçülərinin İraq təhlükəsizlik güclərinə qarşı xlor qazı istifadə etdiyinə dair iddialara "çox ciddi" yanaşdıqlarını və məsələni araşdırdıqlarını söyləyib.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, Kerri bu fikirləri Vaşinqtonda Cənubi Koreya Xarici işlər naziri Yun Byung Se ilə görüşməsinin ardından təşkil edilən ortaq mətbuat konfransında bəyan edib.
ABŞ-ın Dövlət katibi bir jurnalistin İŞİD döyüşçülərinin İraq təhlükəsizlik güclərinə qarşı xlor qazı istifadə etdiyinə dair xəbərləri təsdiqləyib təsdiqləyə bilməyəcəyi və bunun ABŞın strategiyasını necə təsir edəcəyinə dair sualını da cavablandırıb.
İddiaları təsdiqləyə biləcək bir mövqedə olmadığını qeyd edən Kerri, "Sizə ancaq bunu söyləyə bilərəm: bu iddiaları çox-çox ciddi qəbul edirik. Bunları təsdiqləyib təsdiqləyə bilməyəcəyimizi təyin etmək üçün əlavə məlumat toplama səy göstəririk" deyib.
Nail Cəlil