Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münasibətlərini normallaşdırdığı İsrailə tarixdə ilk dəfə səfir təyin edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya Departamentinin rəhbəri Hənd əl-Uteybə açıqlama verib.
XİN-in rəsmi nümayəndəsi açıqlamasında Məhəmməd Mahmud əl-Hacanın BƏƏ-nin İsraildəki səfiri təyin olunduğunu söyləyib.
Qeyd edək ki, İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasına dair müqavilə ötən il sentyabrın 15-də Ağ Evdə imzalanıb. BƏƏ hökuməti bu razılaşmadan sonra yanvarın 24-də Təl-Əvivdə səfirlik inşa etdirmək qərarı verib.