15 Fevral 2021 18:10
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti İraqın Qara bölgəsində PKK terror təşkilatı tərəfindən şəhid olan 13 Türkiyə vətəndaşı üçün başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyəyə dəstəyi nümayiş olunub.

PKK terrorunun pislənildiyi açıqlamada baş verən olaya şübhəli yanaşma da diqqətdən yayınmayıb:

“ABŞ Türkiyə vətəndaşlarının İraqın Kürdüstan bölgəsində öldürülməsindən təəssüflənir. NATO-dakı müttəfiqimiz Türkiyənin yanındayıq və son qarşıdurmada şəhid olanların ailələrinə başsağlığı veririk.

Türkiyə vətəndaşlarının PKK terror təşkilatı tərəfindən öldürülməsi xəbəri doğrudursa, onu ən şiddətli şəkildə qınayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu