Kürd döyüşçüləri "İslam dövləti" (İD) yaraqlılarının əlindən İraqın şimalındakı Zumar şəhərini və bir neçə ətraf yaşayış məntəqələrini geri alıblar. Teleqraf.com-un "İnterfaks" agentliyinə istinadən məlumatına görə, bu barədə Livan qəzeti "The Daily Star" xəbər yayıb.
Qəzet qeyd edir ki, islamçıların mövqelərinə əvvəlcədən endirilən beynəlxalq koalisiyanın hava zərbələri Peşmərgə (Kürd silahlı qoşunu) qüvvələrinin hücumuna köməklik göstərib.
İŞİD yaraqlıları yayda İraqın şimalında və qərbində, həmçinin Suriya ərazisinin bir hissəsində böyük əraziləri ələ keçiriblər. Beynəlxalq koalisiya qüvvələri islamçıların hücumlarını dayandırmaq məqsədilə avqust ayından onların mövqelərinə hava zərbələri endirirlər