23 Fevral 2021 00:25
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya və Ermənistan arasındakı son hərbi anlaşmaya diqqət çəkib:

“Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın “Novosti” agentliyinə verdiyi son müsahibədə deyib ki, Rusiya sərhədçiləri Türkiyə və İrandan sonra Azərbaycanla sərhəddə də yerləşməyə başlayıblar. Bu məqsədlə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin Ermənistanın şərqinə dislokasiyasına başlanacaq. Demək, bu məqsədlə Azərbaycanla sərhəddə yaxın ərazidə kazarmalar tikiləcək.
Bu açıqlama bir daha göstərir ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib.

Rusiya Ermənistanın Azərbaycanla sərhəddini qorumağa razılaşıb. Əgər belədirsə, o tərəfdən bizə qarşı hər hansı tərxibat baş verərsə, buna Rusiya sərhədçiləri cavabdeh olacaqlar”.
Elxan Şahinoğlu qeyd edib ki, biz də öz tərəfimizdən sərhəddimizi gücləndirməliyik, Laçın dəhlizi üzərindən sərhəddimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır: “O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər