23 Fevral 2021 00:56
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korrupsiya iddiası ilə həbs edilən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyadan Rusiyaya qayıdıb.

Teleqraf.com xəbər verir ki, hava limanında görüntülənən Y.Navalnaya jurnalistlərin əri ilə bağlı ünvanladıqları suallarını cavabsız qoyub.

Qeyd edək ki, o, fevralın 10-da ölkəni tərk etmişdi.

Xatırladaq ki, fevralın 2-də Moskva məhkəməsi korrupsiya iddiası ilə bağlı Aleksey Navalnını 3,5 il azadlıqdan məhrum edib. Onun ev həbsi və həbsxanada keçirdiyi vaxt nəzərə alınaraq, 2,5 il cəzaçəkmə müəssisəsində qalmasına qərar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər