28 Fevral 2021 20:12
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

Teleqraf.com xəbər verir ki, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.

Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.


Müəllif: Teleqraf.com