Polşada avtobus qəzasında 6 Ukrayna vətəndaşı həlak olub, 15 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib.
“Polşanın Kaşitse şəhəri yaxınlığında Poznan-Xerson müntəzəm avtobus reysi qəzaya uğrayıb. Altı Ukrayna vətəndaşı ölb, on beşi xəstəxanaya yerləşdirilib”, – deyə Nikolenko “Tvitter”də yazıb.
Onun sözlərinə görə, Ukrayna konsulu qəza yerinə gedib, zərərçəkmişlərə yardım göstərmək üçün yerli hakimiyyət orqanları və xəstəxanalarla qarşılıqlı əlaqə qurulub.
Nikolenko, həmçinin bildirib ki, qəzanın baş vermə şəraiti araşdırılır.