Misir 2018-ci ildə imzalanan müqaviləyə əsasən Rusiyadan iki ədəd “Su-35” təyyarəsini təhvil alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Razılaşmaya əsasən, 2020-2022-ci illər arasında Misirə təxminən 2 milyard dollar dəyərində 24 “Su-35”-in çatdırılması planlaşdırılır. 10 təyyarənin ikinci tədarük partiyasının 2021-ci ildə reallaşması gözlənilir.
2018-ci ildə Misir və Rusiya arasında imzalanan müqavilədən sonra ABŞ Qahirəyə bundan imtina etməsi barədə dəfələrlə xəbərdarlıq edib.
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 23-də Misir Xarici işlər naziri Səmih Şükrü ilə telefon danışığında Rusiyadan döyüş təyyarələri almasının bir nəticəsi olacağını demişdi. ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, döyüş təyyarələrini təhvil almağa başlayan Misirə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusu olacaq.