22 Mart 2021 08:21
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfinin bu vacib məsələlərə göstərdiyi yanaşma və cənab Kozakın təklif etdiyi nəticələrin manipulyasiya xarakteri daşıması bizi narahat edir. Buna görə, heç bir halda Rusiyanın 19 mart tarixli məktubundakı təkliflərlə razılaşa bilmərik.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak çıxış edib.

Yermak Rusiyanın "Normandiya formatı"nın siyasi müşavirlərinin videokonfrans formatında keçirilən görüşünü özünəməxsus şəkildə şərh etməsinə təəccübləndiyini deyib:

"Kiyev konkret qərarlar qəbul etmək, atəşkəs və münaqişəni bütövlükdə həll etmək üçün istənilən formatda müzakirələr aparmağa hazırdır".

Qeyd edək ki, Rusiya Prezident Administrasiya sədrinin müavini Dmitri Kozak "Normandiya dördlüyü"ndəki həmkarlarına görüşlərin təşkili prinsipini dəyişdirməyi təklif edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər