NATO-nun Brüsseldə keçirilən Xarici İşlər nazirlərinin zirvə toplantısında Baş Katib Yens Stoltenberq Türkiyə ilə bəzi fikir ayrılıqlarından, xüsusilə S-400 hava müdafiə sistemlərinin tədarükü və Şərqi Aralıq dənizindəki proseslərlə əlaqədar narahatlığını dilə gətirib.
Teleqraf.com xəbər verir ki, o, NATO-nun müttəfiqlərin oturub problemləri haqqında danışmağa və həll yollarını tapmağa çalışması üçün vacib bir platforma olduğunu söyləyib.
"Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində qarşıdurmanın qarşısını almaq üçün qurulan əhəmiyyətli bir mexanizmdir. Siyasi fərqləri aradan qaldırmaq üçün güclü təşkilata ehtiyac var. Bütün fikir ayrılıqlarına baxmayaraq, NATO-nun əsas vəzifəsi ortaq müdafiəni təmin etməkdir”.