25 Mart 2021 10:26
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Akademiyasının büdcəsinin formalaşdıırılması ilə bağlı protokolu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və akademiyanın maliyyələşdirilməsi mexanizmini tənzimləyir.

Protokola əsasən Beynəlxalq Türk Akademiyasının büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının strukturlarından biri olan Beynəlxalq Türk Akademiyası 2010-cu ilin mayın 25-də yaradılıb. Akademiyanının mənzil-qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər