ABŞ Fələstinə 15 milyon dollar məbləğində humanitar yardım edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
Diplomat bildirib: "ABŞ Qərb sahilindəki (İordan çayı) və Qəzza zolağındakı ən həssas təbəqələri dəstəkləmək üçün 15 milyon dollarlıq humanitar yardım ayırdığını elan etməkdən məmnunluq duyur".
Diplomat bu vəsaitlərin koronavirusa yoluxanları müalicə edən xəstəxanalara dəstək verməyə, kasıb ailələrə kömək etməyə və qida proqramlarına yönəldiləcəyini açıqlayıb.