Video əlavə olunub:
***
10:30
Çin Hərbi Hava Qüvvələrinə məxsus 20 döyüş təyyarəsi Tayvanla sərhəd rejimini pozub.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Tayvanın hava məkanına müdaxilə edən Çin qırıcıları arasında 2 ədəd “Y-8” sualtı müdafiə döyüş təyyarəsi, 1 ədəd “KJ-500” hava xəbərdarlıq və kəşfiyyat təyyarəsi, 4 ədəd “H-6K” bombardmançı, 10 ədəd “J-16” döyüş təyyarəsi, 2 ədəd “J-10” qırıcı təyyarəsi və 1 ədəd “Y-8” müşahidə təyyarəsi yer alıb.
Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, ilk dəfə belə böyük pozuntu qeydə alınıb.
Müdafiə Nazirliyi Çin tərəfinə xəbərdarlıq edib.