29 Oktyabr 2014 01:05
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə Ukraynadakı separatçıların "Dayaq" bölüyü döyüşçülərinin Donetskin küçələrində insanları ayaq zərbələri və avtomat silahın qundağı ilə döyməsinə dair görüntülər yayılıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, kamera qeydlərini Youtube-a Mixail Berejnoy adlı istifadəçi yerləşdirib.

Videoya dair qeyddə bildirilir ki, baş verənlər "Dayaq" bölüyünün (komandiri Varandır) vəhşiliyini əks etdirir.

Videoda döyüşçülərin silahsız insanları vəhşicəsinə döyməsi kadrları yer alıb. Hətta döyüldükdən sonra bəzi adamlar ayağa qalxa bilmir və onları separatçılar yerdən qaldırır. Hadisə yerində çoxlu qan gölməcələrinin qaldığı da görülür.

Diqqət! Videoda zorakılıq görüntüləri yer alıb! Yeniyetmələr və əsəbləri zəif olanların baxması məsləhət ğörülmür.

Nihad


Müəllif: