3 Aprel 2021 21:14
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam əleyhdarı Fransada müsəlmanlara qarşı yönəlmiş qanun layihəsinin müzakirə olunduğu vaxt fransız senator Ester Benbassdan müsəlmanlara dəstək gəlib.

Teleqraf.com xəbər verir ki, Benbass Senatda müzakirəyə çıxarılan qanun layihəsini dəstəkləyən senatorlara reaksiya göstərərək, ölkədə müsəlmanların normal yaşamalarına icazə verilmədiyini, onların tənqid və təcrid altında olduğunu bildirib.

“Müsəlmanlardan nə istəyirsiniz? Bunu bilmək istəyirəm. Hicab problem olmadığı vaxt hicablı çimərlik geyimi problemə çevrilir. Hicab problem olmadığı vaxt halal məsələsi problem olur. Halal problem olmayanda başqa bir problem ortaya çıxır”, - senator qeyd edib.

Benbass müsəlmanların Fransa cəmiyyətində irqi ayrı-seçkiliyə məruz qaldığını söyləyib:

“Siz müsəlmanların normal yaşamasına icazə vermirsiniz. Hər şeyi tənqid və təcrid edirsiniz. Nə vaxta qədər belə etməyə davam edəcəksiniz?”.

Fransa parlamentində İslam əleyhinə qanunun layihəsi müzakirəyə çıxarılıb. Fevralın 16-da Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Senatda müzakirə olunur. Layihə Senatdakı müzakirədən sonra ikinci dəfə səsverməyə çıxarılacaq.

Layihə müsəlmanları cəmiyyətdən təcrid vəziyyətinə gətirəcəyi iddiası ilə tənqidlərə səbəb olub.

Qanun layihəsinə 18 yaşınadək ana və qızların ictimai yerlərdə hicab taxmalarını və çimərliklərdə hicablı çimərlik geyimi geyinmələrini qadağan edən maddələrin əlavə edilməsinə qərar verilib.


Müəllif: Mənsur Rəğbətoğlu