6 Aprel 2021 08:25
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin dövlət qurumuna və onun dörd vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir.

“Qara siyahı”ya Müdafiə sənayesi nazirliyi və onun rəhbəri İsmayıl Demirin adı daxil edilib. Sanksiya tətbiq edilən dörd dövlət rəsmisi - müdafiə sənayesi naziri İsmayıl Dəmir, nazirlikdə müxtəlif vəzifələrdə işləyən Mustafa Alper Dəniz, Serhat Gənçoğlu və Faruk Yiğit ABŞ-a daxil ola bilməyəcək, aktivləri bloklanacaq, amerikalıların bu şəxslərlə hər hansı bir əməliyyat aparması qadağan olunacaq.

Qeyd olunub ki, buna səbəb Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığıdır. Sanksiyalar 7 apreldə rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər