8 Aprel 2021 11:20
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Ukraynanın Donbas bölgəsində atəşkəs müddətinin başa çatmasından sonra regionda ciddi hərbi fəallıq müşahidə olunmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən həftə Ukrayna ilə sərhəd boyunca 28 batalyonunu yerləşdirən Rusiya bölgəyə hərbi daşınmalarını davam etdirir.

Reginda gərginliyin pik həddə qalxdığı vaxt NATO-dan Ukraynaya diqqətçəkən səfər baş tutub. NATO Hərbi Komitəsinin rəhbəri, general Stüart Piç Lvov şəhərində Ukrayna baş qərargah rəisi Ruslan Xomçakla görüşüb.

Ukrayna ordusundan verilən açıqlamaya görə, Piç və Xomçak bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə edib. General NATO-nun Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər